8–10 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, seçim mərhələsi üzrə 2058 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ qazanıb.
“Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi 12-15 avqust tarixlərində həyata keçiriləcək”.
Qafqazinfo.