Lənkəranda açıq ərazidə baş verən yanğın belə söndürüldü – Video

Lənkəranda açıq ərazidə baş verən yanğın belə söndürüldü  – Video</b>

Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində yol kənarında açıq ərazidə yanğın baş verib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Qafqazinfo.