Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

Hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

APA , Qafqazinfo.