Şamaxıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında rayonun Sabir qəsəbəsi ərazisində olub.
Belə ki, A.Bəkirova idarə etdiyi “KIA” markalı avtomobillə piyada, 56 yaşlı Elmira Əliyevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qafqazinfo.