Karapetyanın silahdaşı Aleksanyan ev dustaqlığına buraxılıb

Karapetyanın silahdaşı Aleksanyan ev dustaqlığına buraxılıb

Ermənistan məhkəməsi “Güclü Ermənistan” partiyasının nümayəndəsi Aleksan Aleksanyan barəsində seçilmiş ilkin həbs qətimkan tədbirini üç ay müddətinə ev dustaqlığı ilə əvəz edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, A. Aleksanyan 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin gedişatına və nəticələrinə qanunsuz təsir göstərmək məqsədilə “Taşir Kapital” QSC-nin baş direktoru Narek Karapetyan və digər şəxslərlə birlikdə cinayətkar təşkilat yaratmaq, ona rəhbərlik etmək ittihamı ilə 2026-cı il iyunun 3-dən həbsdədir.

İttihama görə, bu məqsədlə 2025-ci il sentyabrın 9-da “Bizim yol” ictimai təşkilatı yaradılıb və onun vasitəsilə vətəndaşların mitinqlərdə iştirak etməyə maddi cəhətdən stimullaşdırıldığı güman edilir.

Report.