Təlim meydanında hər üç ölkənin hərbi qulluqçuları birgə fəaliyyət göstərərək tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyət və uzlaşma imkanlarını təkmilləşdirirlər.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu təlim iştirakçıların praktiki vərdişlərinin inkişafına və peşəkar hazırlığının artırılmasına xidmət edir.
Təlimdə iştirak edən hərbi qulluqçularla həmsöhbət olduq. Azərbaycanlı hərbi qulluqçu bildirib ki, şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi və qardaş ölkələrin hərbçiləri ilə təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. O, birgə tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyətin təmin edilməsinin mühüm təcrübə qazandırdığını qeyd edib.
Özbəkistanlı hərbi qulluqçu isə birgə təlimə cəlb olunan heyətin iştirakının qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət bacarıqlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, təlim çərçivəsində əldə olunan təcrübənin gələcək hərbi əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.