Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki sahələri müzakirə edilib

Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki sahələri müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri cənab Haluk Görgün arasında görüş keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.

General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

Haluk Görgün qardaş Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələrin müsbət dinamikasından məmnun olduğunu bildirib.

Report.