Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib.
Bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrdə bildirib.
“Hazırda komissiya Kubrinsk kəndindəki bütün evləri yoxlayır. İndiki məqamda 22 çoxmənzilli binanın ciddi zərər gördüyü məlumdur. Partlayış dalğası və qəlpələr dam örtüklərini və pəncərələri zədələyib”, – o qeyd edib.
Onun sözlərinə görə, bərpa işləri oktyabrın 2-dək başa çatdırılmalıdır, bundan sonra isə noyabr ayında yekunlaşacaq dam örtüklərinin təmirinə başlamaq lazımdır.
Report.