Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir – EKSKLÜZİV

Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir – EKSKLÜZİV

Slovakiya və Azərbaycan müdafiə sənayesi, o cümlədən pilotsuz uçuş aparatları (PUA) sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edir.

Bu barədə “Report”a “ADEX-2026” sərgisi çərçivəsində Slovakiyanın Müdafiə Nazirliyinin müdafiə siyasəti üzrə baş direktoru Robert Bestro bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məhsuldardır və genişlənir. R.Bestro qeyd edib ki, Slovakiya tərəfi ilə Azərbaycanın Müdafiə Sənayesi və Müdafiə nazirlikləri arasında yaxşı münasibətlər formalaşıb.

R.Bestro xatırladıb ki, Slovakiya artıq Azərbaycanla yeni, tam avtomatlaşdırılmış minaatanların tədarükünə dair müqavilə imzalayıb: “Biz müdafiə sənayemizin bu məhsulu ilə qürur duyuruq və bizə göstərilən bütün dəstəyə görə Azərbaycana minnətdarıq”.

Onun sözlərinə görə, Slovakiya ağır sənayedə, ilk növbədə artilleriya sistemləri və döyüş sursatları istehsalında əhəmiyyətli təcrübəyə malikdir, lakin yeni texnoloji istiqamətlərdə Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdır.

Xüsusilə, söhbət pilotsuz uçuş aparatları, radioelektron mübarizə və kibertəhlükəsizlikdən gedir.

Report.