Türk dövlətlərinin iqtisadi inteqrasiyası 66 əsas mexanizmi əhatə edir.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
Onun sözlərinə görə, türk dövlətləri üçün iqtisadi inteqrasiyanın məqsədi aydındır: “Ortaq coğrafiyamızı, mədəniyyətimizi, tariximizi və insan kapitalımızı, eləcə də iqtisadi potensialımızı rəqabət üstünlüyünün real amillərinə çevirməliyik. Sərmayələr və əməliyyat sistemləri, institusional əməkdaşlıq xarici siyasət və ticarətdən tutmuş energetika, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər müxtəlif sahələrdə 66 əsas mexanizmi əhatə edir. Naxçıvan Sazişinin imzalanmasından 15 il keçdikdən sonra təşkilat ümumi dəyərlərə əsaslanan çərçivədən praqmatik regional əməkdaşlığın təşviqi üçün fəal platformaya qədər inkişaf edib”.