İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai Tehranla Vaşinqton arasında razılaşmada yeni irəliləyişin olmadığını açıqlayıb.
Bu barədə XİN nümayəndəsi dövlət televiziyasına açıqlamasında deyib.
O bildirib ki, tərəflər arasında vasitəçilər üzərindən mesaj mübadiləsi əvvəlki qaydada davam edir.
Bəqai ABŞ-nin keçmişdəki mövqeyinin Vaşinqton administrasiyasının diplomatiyaya səmimiliyi ilə bağlı nikbinliyə əsas vermədiyini iddia edib: “İran öz maraqlarını və legitim tələblərini təmin etmək, qarşı tərəfin təhdidlərini aradan qaldırmaq və regionda təhlükəsizliyi qorumaq məqsədilə diplomatik imkanlardan istifadə etməkdən imtina etməyib”.
Report.