İranda 2026-cı ilin yanvarında keçirilən etirazlar zamanı silahlı iğtişaşlarda iştirakda təqsirləndirilən üç kişi edam edilib: məhkəmənin hökmünə əsasən, onlar ABŞ və İsrailin maraqlarına uyğun hərəkət ediblər.
Həsən Diobənd, Həmid Kazemi və Rza Zəngənə bazar günü edam ediliblər.
Hazırkı edamlar yanvar etirazları ilə əlaqədar olaraq son bir neçə ay ərzində İranda icra edilən ölüm hökmləri seriyasında növbəti edamlar olub. Edam edilənlər arasında İsrail və ABŞ ilə əlaqələrdə ittiham olunan şəxslər də var idi.
Diobənd, Kazemi və Zəngənə odlu silah, qumbara və Molotov kokteyllərindən istifadə edib, ictimai obyektləri yandırıb, həmçinin Kərəc şəhərindəki elektrik yarımstansiyasına ziyan vurublar ki, bu da bir sıra ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
İran məhkəmə hakimiyyəti Diobəndin yanvarın 11-də saxlanıldığını bildirib. Daha sonra onun rəhbərliyi altında iğtişaşlarda iştirak etməkdə təqsirləndirilən daha on nəfər saxlanılıb.