İran “Starlink”ə qarşı yerli peyk interneti yaratmaq istəyir

İran “Starlink”ə qarşı yerli peyk interneti yaratmaq istəyir

İranda yerli peyk internetinin işə salınması layihəsinə başlanılıb və tezliklə bu texnologiya əldə ediləcək.

Bu barədə İran Milli Virtual Məkan Mərkəzinin (MVMM) rəhbəri Seyid Məhəmməd Əmin Ağamiri bildirib.

Onun sözlərinə görə, böhran və ya gərginlik dövrlərində ABŞ ilə İsrailin İranda ictimai rəyə təsir etmək cəhdlərinin qarşısını almaq üçün internetə çıxışın məhdudlaşdırılması mütləq şəkildə həyata keçiriləcək. Əhalinin psixoloji təhlükəsizliyini qorumaq üçün bu addımın vacib olduğu vurğulanıb: “Tam kəsilmə deyil, sadəcə məhdudlaşdırma nəzərdə tutulur”.

Report.