İran sanksiyalara cavab olaraq ABŞ-nin iqtisadi maraqlarına zərər verəcəyi barədə xəbərdarlıq edib

İran sanksiyalara cavab olaraq ABŞ-nin iqtisadi maraqlarına zərər verəcəyi barədə xəbərdarlıq edib

Sanksiya təzyiqləri artsa, İran ABŞ-nin Yaxın Şərqdəki iqtisadi maraqlarına zərər vura bilər.

Belə bir xəbərdarlıqla İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai çıxış edib.

“ABŞ İrana iqtisadi təzyiqi artırarsa, biz Amerikanın regiondakı maraqlarına təsir edəcək əks tədbirlərlə cavab verəcəyik”, – o, Livanın “Al Manar” telekanalına müsahibəsində deyib. Bununla belə, M.Rezai söhbətin hansı əks tədbirlərdən getdiyini açıqlamayıb.

M.Rezainin fikrincə, ABŞ-nin Tehrana iqtisadi təzyiqə keçməsi münaqişənin həllinə hərbi yanaşmanın məhdud nəticələr verdiyini göstərir.

“Axıos” portalı avqustun 26-da ABŞ-nin yaxın gələcəkdə İrana yeni zərbələr endirməyi planlaşdırmadığını və Tehrana təzyiq göstərməyin digər vasitələrinə, o cümlədən sanksiyalara diqqət yetirəcəyini bildirib.

Report.