İİTKM rəhbəri: “TDT iqtisadi potensialı yeni maliyyə alətləri ilə reallaşdırılacaq”

İİTKM rəhbəri: “TDT iqtisadi potensialı yeni maliyyə alətləri ilə reallaşdırılacaq”

Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi potensialı yeni maliyyə alətləri ilə reallaşdırılacaq.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.

O bildirib ki, Türkiyədə 1 milyon ABŞ dolları əlavə son tələbat ölkədə 1,58 milyon ABŞ dolları məbləğində iqtisadi istehsala səbəb olub: “Eyni zamanda, Türkiyədəki əlavə son tələbatın Macarıstan və Qazaxıstan kimi digər Türk dünyası ölkələrinə təsiri statistik olaraq əhəmiyyətlidir. Bu baxımdan qiymətləndiririk ki, Türk dövlətləri arasında istehsal və ticarət əlaqələrinin möhkəmləndirilməsi regional multiplikator təsirlərini və iqtisadi dividendləri artıracaq”.

İİTKM rəhbəri Orta Dəhliz və logistika sahəsindəki dinamikaya da toxunaraq əsas statistik göstəriciləri diqqətə çatdırıb: “Xəzər dənizi üzərindən quru yük daşımalarının 34 %, Şərq-Qərb istiqamətində dəmir yolu tranzitinin 12 %, Bakı Limanında konteyner aşırılmasının isə 15 % artıb. Orta Dəhlizin davamlılıq indeksinin Azərbaycan seqmenti 1 üzərindən təxminən 0,5-dir. Bu o deməkdir ki, bir tərəfdən davamlılıq üçün yaxşı bazamız var, digər tərəfdən infrastrukturu təkmilləşdirmək, İpək Yolu, Orta Dəhliz və Türk qurşağının rəqəmsallaşdırılmasını təmin etmək, vahid tariflərlə “tək pəncərə” sistemini yaratmaq üçün böyük imkanlar mövcuddur”.

Report.