Həkəridə batan kişinin axtarışları davam etdirilir – Video

Həkəridə batan kişinin axtarışları davam etdirilir  – Video</b>

İyulun 4-ü Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Qafqazinfo.