Ermənistanda müxalifətçi Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər

Ermənistanda müxalifətçi Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın işi üzrə prokuror məhkəmədən onun həbs müddətinin daha 3 ay uzadılmasını xahiş edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bu, alternativ qətimkan tədbirlərinin təqsirləndirilən şəxsə münasibətdə Cinayət-Prosessual Məcəllənin tələblərini təmin edə bilməməsi ilə izah edilir.

Tsarukyanın vəkili Yerem Sarkisyan qeyd edib ki, prokurorlar bütün təqsirləndirilən şəxslərə münasibətdə eyni arqumentləri gətirirlər. Bu baxımdan o, məhkəmədəki müzakirəni sırf formal prosedur adlandırıb.

“Prokurorlar Tsarukyanın istintaqa necə mane ola biləcəyini deməlidirlər ki, biz də əks-arqumentlər təqdim edə bilək”, – o qeyd edib.

Report.