“Elektron ticarət haqqında” qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib

“Elektron ticarət haqqında” qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektron ticarət haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul edilib.

Sənəd qanunun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi (maneələrin aradan qaldırılması) və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.