Əhalinin alıcılıq qabiliyyəti düşsə də, qiymətləri aşağı salmağı planlaşdırmırıq – Kristal’ın rəhbəri

Əhalinin alıcılıq qabiliyyəti düşsə də, qiymətləri aşağı salmağı planlaşdırmırıq – Kristal’ın rəhbəri

“Kristal” tikinti şirkətinin Müşahidə Şurasının sədri, Mahayət Nəbiyevlə müsahibədən bir hissəni təqdim edirik:

Maya dəyəri artır və tikinti şirkətləri qiymətləri yüksəltmək məcburiyyətində qalırlar.

Eyni zamanda, müşahidələrimiz göstərir ki, əhalinin mənzil almağa marağı hətta əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Lakin mənzillərin bahalaşması və bank kreditləri üzrə yüksək faiz dərəcələri səbəbindən əhalinin real alıcılıq qabiliyyəti aşağı düşüb. Tələb var, lakin müştərilərin maliyyə imkanları məhduddur..

— Qiymət aralığından danışsaq, mənzillərin tam təmirli şəkildə təhvil verildiyini nəzərə alaraq, komplekslərinizdə bir kvadratmetrin orta qiyməti nə qədərdir?

— “Park Yasamal”da tam və keyfiyyətli təmirli mənzillərin bir kvadratmetrinin qiyməti 2200–2400 manat arasında dəyişir. Beləliklə, tam hazır üç otaqlı mənzilin qiyməti təxminən 150 min manat təşkil edir. Faydalı sahəni nəzərə alsaq, bu, Bakı üçün olduqca əlçatan və rəqabət qabiliyyətli təklifdir.

“City Garden” layihəsində qiymətlər nisbətən yüksəkdir — bir kvadratmetr üçün təxminən 3000–3200 manat. Lakin burada layihənin seqmenti də fərqlidir. Bununla belə, mənzillər yenə də tam təmirli şəkildə təhvil verilir.

Qiymətləri aşağı salmağı planlaşdırmırıq. Çünki tikintinin obyektiv maya dəyəri var. Mənzilləri maya dəyərindən aşağı qiymətə satmaq mümkün deyil. Bu, layihələrin dayanmasına səbəb ola bilər.