Deputat: “Xarici mütəxəssislərin fəaliyyəti ciddi yoxlanılmalıdır”

Azərbaycana mütəxəssis adı altında gələn şəxslərin fəaliyyəti ciddi yoxlanılmalıdır.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatına xaricdən mütəxəssislərin cəlb olunması vacib olsa da, nəzərə alınmalıdır ki, miqrasiya hazırda dünyada ən təhlükəli məsələlərdən birinə çevrilib: “Müxtəlif şəxslərin casus kimi digər ölkələrə göndərilməsi məhz miqrasiya çərçivəsində həyata keçirilir. Biz dəfələrlə görmüşük ki, Azərbaycana din və elm pərdəsi altında, kitab satmaq adı ilə və digər müxtəlif üsul və vasitələrlə mütəxəssis qismində şəxslər göndərilir. Lakin əslində onlar burada antidövlət fəaliyyəti ilə məşğul olur, qruplar yaradır, dövlətin əleyhinə müxtəlif cinayət əməlləri hazırlayır. Təbii ki, belə halları təhlükəsizlik orqanlarımız üzə çıxarır. Hesab edirəm ki, biz bütövlükdə miqrasiya qanunvericiliyimizdə müxtəlif kateqoriyalar üzrə tələbləri ciddi şəkildə sərtləşdirməliyik. Həmin şəxslərin yoxlanılması, ölkədə qalması və digər məsələlər diqqətdə saxlanılmalıdır”.

Report.