Bir aydır ki, körpü bu haldadır – Sakinlər çətin durumda+Video

Bir aydır ki, körpü bu haldadır  – Sakinlər çətin durumda+Video</b>

Qudyalçaya gələn sel bir sıra fəsadlar törədib.

Qubanın Qəçrəş kəndində körpü yararsız vəziyyətə düşüb.

Bir neçə kəndə gediş-gəliş yolu olan körpünün belə hala düşməsi sakinlərin işini çətinə salıb.

“Bir aydan çox olar körpü dağılıb. Buradan yol yoxdur, məcburuq ki, şəhərlə gedib fırlanaq. O da bizə sərf etmir. Taksi 10 manata başa gəlir”, – sakinlərdən biri bildirib.

“Yolumuz uzanıb. 15 manat taksiyə veririk ki, hər gün gedib-gələk. Çox əziyyət çəkirik. Getmək olmur”.

Ətraflı “Baku TV”nin videomaterialında:

Qafqazinfo.