Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı – Foto

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı  – Foto</b>

MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.

Məlumata görə, hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib.

Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.

Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qafqazinfo.