Azərbaycan və Böyük Britaniya arasında gəlirlərə və əmlakın dəyərinin artımından əldə olunan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair yeni Konvensiya layihəsi üzrə növbəti müzakirələr keçirilib.
Məlumata görə, Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə Konvensiya layihəsinin müxtəlif müddəaları barədə fikir mübadiləsi aparılıb. Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi və biznes tərəfdaşlığının təşviqi baxımından əhəmiyyətini vurğulayıb. Tərəflər birgə fəaliyyətin təkmilləşdirilməsinin vergi inzibatçılığının səmərəliliyinin artırılması baxımından vacibliyini qeyd ediblər.