Azərbaycan və İsveçrə arasında iqtisadi tərəfdaşlığın inkişafı üçün prioritet istiqamətlərə dair fikir mübadiləsi aparılıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, İsveçrəyə işgüzar səfəri çərçivəsində bu ölkənin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri, Birgə Komissiyanın həmsədri Andrea Rauber Saxer ilə görüşüb.
Report.