AZAL 2 ay yarım sonra Dubay reysini bərpa edir

AZAL 2 ay yarım sonra Dubay reysini bərpa edir

Azərbaycan Hava Yolları QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır.

AZAL-dan bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.

Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.