“Apple” şirkəti texnologiya nəhəngi “Nvidia”nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti titulunu yenidən qazanıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Oktyabrın 30-da “Apple”ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Çip istehsalçısı “Nvidia”nın bazar dəyəri isə 4,93 trilyon dollar təşkil edib.
Qeyd olunur ki, “Apple” sonuncu dəfə iyulun sonunda “Nvidia”nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olmuşdu.
Report.