Türkiyənin Afyonkarahisar şəhərində silahlı hücum qeydə alınıb, ölənlər var.
Afyonkarahisarda silahla vurulan 10-a yaxın şəxs həyatını itirib.
Ayazini kəndi ərazisində 3 nəfərin, Kıyır kəndində də 3 nəfərin silahla öldürüldüyü müəyyən edilib. Yukarıtandır kəndində 2 qadın yaralı halda tapılıb. Xəstəxanaya yerləşdirilən qadınları tibbi müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.
Ağır yaralı halda tapılan başqa bir nəfərin həyatını itirdiyi, ölü sayının 9-a çatdığı bildirilib.
Report.