Züleyxa Hacıyeva 103 yaşında vəfat etdi

Züleyxa Hacıyeva 103 yaşında vəfat etdi

Tanınmış diktor, Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib. 

Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov sosial media hesabında məlumat yayıb. 

“103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs…

Allah rəhmət eləsin”, – deyə o qeyd edib.

Qafqazinfo.