Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb.
Qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, “KİA” markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.
Bu zaman avtomobildə anidən yanğın başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.
Report.