Zəncirvari qəzada 5 nəfər yaralandı – Fotolar

Zəncirvari qəzada 5 nəfər yaralandı  – Fotolar

Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba avtomobil yolunun Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Shacman” markalı yük avtomobili “KİA” və “Toyota” markalı minik avtomobilləri ilə toqquşub.

İlkin məlumata görə, zəncirvari qəzada 1-i uşaq olmaqla, 5 nəfər xəsarət alıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.




Qafqazinfo.