Zəncirvari qəzada 4 nəfər yaralandı – Fotolar

Zəncirvari qəzada 4 nəfər yaralandı  – Fotolar

Göyçayda zəncirvari yol qəzası baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ 2107”, “VAZ 2105” və “Hyundai Sonata” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev





Qafqazinfo.