Zelenski: Hər ay “Patriot” üçün cəmi 12 raket alırıq, ehtiyaclarımız isə bundan qat-qat çoxdur

Zelenski: Hər ay “Patriot” üçün cəmi 12 raket alırıq, ehtiyaclarımız isə bundan qat-qat çoxdur

Ukrayna bu il ərzində hər ay “Patriot” sistemləri üçün orta hesabla cəmi 12 raket alır, ölkənin ehtiyacları isə bundan qat-qat çoxdur.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

“PURL proqramı bir çox fərqli nüansları nəzərdə tutur: “F-16” üçün 20 millimetrlik mərmilər, HIMARS, eləcə də “Patriot” və AIM. Biz ABŞ-dən çox şey alırıq. Avropa ödəniş etdi, hər şey gəldi və hər şey yaxşı idi. Lakin bəzi hallarda, xüsusən də “Patriot”la bağlı, bu, böyük bir çağırışdır. Ayda orta hesabla 12 raket – 2026-cı ildə əldə edəcəyimiz budur”, – o qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya raketlərin verilməsi məsələsində irəliləyiş var, lakin proses çox yavaş gedir.

Report.