Zelenski Əbu-Dabidə ABŞ və Rusiya danışıqlar qrupları ilə görüş keçirməyi təklif edib

Zelenski Əbu-Dabidə ABŞ və Rusiya danışıqlar qrupları ilə görüş keçirməyi təklif edib

Ukrayna tərəfi ABŞ, Çin və Rusiya nümayəndələri ilə mümkün görüşdən əvvəl Əbu-Dabidə ABŞ və Rusiyanın danışıqlar qrupları ilə görüş keçirmək istəyir.

Bu barədə jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Biz çox istərdik ki, əvvəlcə Əbu-Dabidə bizim görüşümüz olsun”, – o deyib.

V.Zelenskinin sözlərinə görə, Əbu-Dabidə üçtərəfli görüşün keçirilməsi ABŞ tərəfindən asılıdır, çünki həm Rusiya, həm də Ukrayna tərəfi artıq buna hazır olduqlarını təsdiqləyib.

Report.