Zelenski Aİ Şurasının iclasında iştirak etmək üçün Brüsselə gəlib

Zelenski Aİ Şurasının iclasında iştirak etmək üçün Brüsselə gəlib

Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti Avropa İttifaqı (Aİ) Şurasının iclasında iştirak etmək üçün Brüsselə (Belçika) gəlib.

Bu barədə Zelenski sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, NATO-nun Baş katibi, Fransa Prezidenti, həmçinin Polşa, Danimarka və Belçikanın Baş nazirləri ilə görüşlər planlaşdırılıb. Bundan başqa, o, Belçika Kralı Filipp tərəfindən də qəbul ediləcək.

V.Zelenski bildirib ki, oktyabrın 16-da onun Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri, eləcə də Macarıstan, Finlandiya və İsveçin Baş nazirləri ilə görüşləri planlaşdırılıb.

Report.