Zaqatalada silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zaqatalada silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zaqatala rayonunda silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Report.