Zaqatalada yerləşən “Real” kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı iyulun 29-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat daxil olub.
Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub.
Bununla yanaşı, “Real” kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.
TƏBİB-dən isə sorğuya cavab olaraq qeyd olunub ki, iyulun 28-i saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.