Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.
Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, üzərinə tər qızılgüllər düzüb, ruhuna ehtiram göstərib.
Report.