Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Baş Klinik Hospitalı ziyarət edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların müalicə prosesi və səhhəti ilə yaxından maraqlanıb.

Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların tezliklə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Daha sonra şəxsi heyətə bayram sovqatları təqdim edilib.

Hospitalın peşəkar tibb kollektivinin hərbi qulluqçuların müayinə, müalicə və reabilitasiyasındakı səmərəli fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.

Müdafiə naziri hərbi qulluqçulara daha keyfiyyətli tibbi xidmət göstərilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Report.