Müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Z.Həsənovun müvafiq Əmrinə əsasən, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, general-mayor Elmir İbrahimov “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.
Qafqazinfo.


