Yolu keçmək istəyərkən maşın vurub öldürdü

Yolu keçmək istəyərkən maşın vurub öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlunata görə, təxminən 40-45 yaşlarında kişini avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum Şirvan şəhər sakinidir. O, avtomobili yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyib. Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.