Yevlaxdakı qəzada ölənlər qardaş olublar -Foto

Yevlaxdakı qəzada ölənlər qardaş olublar  -Foto

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Salahlı kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

Hadisə zamanı “Mercedes” və “Naz Lifan” markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda baş verən qəza zamanı hadisə yerində həyatlarını itirənlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil verilib.

Qəza zamanı xəsarət alanlardan 2 nəfəri Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, digər 3 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunublar.

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müalicələri tibb müəssisələrinin müvafiq şöbələrində davam etdirilir. 3 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir”, – deyə məlumatda qeyd edilib.

***

Yevlaxda baş verən yol qəzası zamanı Mingəçevir Şəhər Xəstəxanasına aparılan yaralıların kimliyi məlum olub.

Məlumata görə, qəza nəticəsində xəsarət alan 5 nəfərdən Nihad Hacızadə (2005), Rza Xurşidov (2009) və Akşin Hüseynov (1998) xəstəxanaya yerləşdirilib.

Digər yaralıların və ölənlərin kimliyi dəqiqləşdirilir.

***

Yevlaxda ötən gün baş verən qəza zamanı ölən və yaralıların kimliyi məlum olub.

Rayonun Salahlı kəndi ərazisində 1998-ci il təvəllüdlü Aqşin Hüseynov idarə etdiyi “Mercedes”  markalı avtomobil qarşıdan gələn Akif Hacıyevə məxsus “Naz Lifan” markalı avtomobillə toqquşub.

Nəticədə “Naz Lifan” markalı avtomobilin sürücüsü A.Hacıyev və onun qardaşı 1970-ci il təvəllüdlü Sabir Hacıyev hadisə yerində həyatını itirib.

Avtomobildə olan sərnişinlər sürücünün oğlu Əli Hacıyev, qardaşı oğlanları 2005-ci il təvəllüdlü Hacıyev Elcan, 2009-cu il təvəllüdlü Hacıyev Nihad Hacıyev və avtomobildə olan hımyerliləri Rza Xurşudov  və “Mercedes” markalı avtomobilin sürücüsü Aqşin Hüseynov  müxtəlif dərəcəli xəsarət alaraq Yevlax və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanalarına çatdırılırb.

Ziya Əmirxanlı







Qafqazinfo.