Yevlax rayonu, Əkşəm kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.
“Chevrolet” və “Mercedes” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Mercedes” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1966-cı il təvəllüdlü Mahmudov Miryunis Miryusif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Report.