Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Hüseynov Aqşin Eldəniz oğlunun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən hərəkətdə olan Hacıyev Akif Əli oğlunun idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.
Nəticədə Hacıyev Akif Əli oğlu və həmin avtomobildə olan sərnişin Hacıyev Sabir Əli oğlunun almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər- Hacıyev Elcan Sabir oğlu, Hacıyev Əli Akif oğlu, Hacıyev Nihad Sabir oğlu və Xurşudov Rza Muhiddin oğlu xəsarət alıblar.
Report.