İsmayıllıda göldə iki yeniyetmə – bacı və qardaş batıb.
Məlumata görə, hadisə təsərrüfat əhəmiyyətli göldə baş verib.
Bildirilir ki, yeniyetmələr ehtiyatsızlıq nəticəsində gölə düşüblər.
Onlardan birinin – qızın meyiti sudan çıxarılıb.
Digər yeniyetmənin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qafqazinfo.