Yeni Yasamalda 8-ci mərtəbədən yıxılan kişi öldü

Yeni Yasamalda 8-ci mərtəbədən yıxılan kişi öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bu gün gecə saat 01 radələrində Mingəçevir şəhər sakini 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov Yeni Yasamalda kirayə yaşadığı evin eyvanından yıxılıb.

Məhəmməd Xiyabani küçəsi 33 ünvanındakı 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.