Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq – Paşinyan

Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq  – Paşinyan</b>

Ermənistanın yeni Konstitusiyasının layihəsi 2026-cı ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə çıxışı zamanı bildirib. 

“Konkret müddət deyə bilmərəm. İlin sonunadək dərc edəcəyik”, – Paşinyan ölkənin yeni əsas qanununun mətninin nə vaxt dərc ediləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Qafqazinfo.