Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir.
Bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə “Ənsarullah” (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib.
İranın xarici işlər naziri isə Amerika və İsrailin hərbi təcavüzünü qətiyyətlə pislədiklərinə görə Yəmən hökumətinin və xalqının həmrəyliklərinə görə minnətdarlığını bildirib.
Report.