Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdirildiyini bildirib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Məkkə və Bədr sazişlərinin ölkənin beynəlxalq təhlükəsizlik arxitekturasındakı fəal rol nümayiş etdirdiyini bildirib, Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın regional təhlükəsizliyə töhfə verdiyini vurğulayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Y. Gülər Türkiyənin dəyişən geosiyasi şəraitdə təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq və beynəlxalq sülhə töhfə vermək üçün güclü, müasir və çəkindirici hərbi qüvvələrə malik olmasının vacibliyini vurğulayıb.

Gülər bildirib ki, Türkiyə Şimali Kipr başda olmaqla, Azərbaycan və digər qardaş ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirir.

Y. Gülər qeyd edib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişi birgə müdafiə, çəkindiricilik və hərbi koordinasiya əsasında təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

Report.