Bakının işğaldan azad edilməsi münasibətilə Ankarada Qafqaz İslam Ordusuna ucaldılan abidə Türkiyə-Azərbaycan birliyinin rəmzlərindən biri olacaq.
Bunu ölkənin milli müdafiə naziri Yaşar Gülər Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzinin önündə Qafqaz İslam Ordusuna ucaldılmış abidənin açılış mərasimindəki çıxışında deyib.
O, Qafqaz İslam Ordusunun şərəfinə belə bir abidənin ucaldılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirərək bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirib.
108 il əvvəl iki qardaş xalqın birliyini, fədakarlığını və həmrəyliyini xatırladan nazir deyib ki, Anadolu övladları 1918-ci ildə Azərbaycanın istiqlalına dəstək və Bakının işğaldan azad edilməsi məqsədilə Qafqaz İslam Ordusunun sıralarında mübarizəyə qoşulublar: