Yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb

Yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Bu barədə TƏBİB məlumat yayıb.

“Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib”, – məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.

19:03

Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb.

Təxminən ona yaxın şəxs zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib.

Onların arasında uşaq da var:

Report.